Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AAYDA: Yevlaxda qəzaya uğrayan avtomobil bizim deyil

AAYDA: Yevlaxda qəzaya uğrayan avtomobil bizim deyil

Tarix: 24 Sentyabr 2019 13:12

Bakı. Samir Əli - Trend:

Yevlax rayonunda baş verən yol qəzasındakı "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsus deyil. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə barədə məlumat yayılan kimi qurumda araşdırma aparılıb: "Bu barədə araşdırılma aparıldı və məlum oldu ki, bizim quruma məxsus heç bir avtomobil qəza törətməyib. Məlumatda yanlışlıq olub".

Xatırladaq ki, bu gün Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobilinin "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsus olduğu bildirilirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AAYDA Yevlaxda qəzaya uğrayan avtomobil bizim deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ