Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 11:16
"B" kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxs ərizəsində əvvəlcədən qeyd etməlidir ki, avtomatik transmissiyalı avtomobili idarə edəcək, yoxsa mexaniki. Həmin sürücüyə veriləcək vəsiqədə yazılacaq qeydlər də məhz bundan asılı olacaq.
Sonxeber.net xəbər verir ki, sürücülərin bir çoxu bu dəyişiklikdən ümumiyyətlə xəbərsizdir.
Nəqliyyat eksperti Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, mexaniki sürət qutusu olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs isə həm mexaniki, həm də avtomat sürət qutusu olan nəqliyyat vasitəsini idarə edə bilər.
Ekspert bildirdi ki, qanunda edilən bu dəyişiklik dünya praktikasına əsaslanır.