Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin də maaşları artırıldı

Bu şəxslərin də maaşları artırıldı

Tarix: 29 Iyul 2022 16:00

Prezident İlham Əliyev "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

- 34.1-ci, 34.2-ci və 34.3-cü maddələr aşağıdakı redaksiyada verilir:

"34.1. Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.2. Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır.

34.3. Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.";

- 34.4-cü maddədə "bir aylıq vəzifə maaşı" sözləri "hər ay vəzifə maaşlarının iki misli" sözləri ilə əvəz edilir;

- 35.2-ci maddə ləğv edilir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.


Etiketlər:  şəxslərin maaşları artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ