Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 17:10
Məşhur müğənni Dua Lipanın Torontoda baş tutan konserti hadisəsiz ötüşməyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənninin çıxışı zamanı zalda planlaşdırılmamış atəşfəşanlıq nəticəsində 3 nəfər yaralanıb. Hadisənin hansı səbəbdən necə baş verdiyi hələlik bəlli deyil.
İfaçı özü də bu barədə instaqram hesabında yazıb:
"Dünən gecə Torontoda çıxışım zamanı izdihamda atəşfəşanlıq oldu. Şoularımda təhlükəsiz və inklüziv məkan yaratmaq həmişə əsas prioritet olub - komandam və mən də sizin kimi hadisədən hədsiz qorxmuşuq. Hazırda hadisənin necə baş verdiyini öyrənməyə çalışırıq".