Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda torpağın qiyməti bahalaşır - SƏBƏB?

Bakıda torpağın qiyməti bahalaşır - SƏBƏB?

Tarix: 1 May 2019 16:12

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda torpağın qiyməti bahalaşır.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında torpaq bazarında qiymətlər 1,38 faiz artıb. Onun sözlərinə görə, il ərzində torpaq bazarında bahalaşma 2,96 faiz təşkil edib.

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib:

"Həyət və bağ evlərinin qiymətində ay ərzində 4,75 faiz, il ərzində 2.18 faiz artım olub. Torpağın və həyət evlərinin qiymət artımı mövsümi xarakter daşıyır. Yay mövsümü yaxınlaşdıqca torpağa, həyət və bağ evlərinə tələbat artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına təsir göstərir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda torpağın qiyməti bahalaşır SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ