Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Olenivkada əsirlərə hücumla bağlı araşdırmaya başlayıb

Ukrayna Olenivkada əsirlərə hücumla bağlı araşdırmaya başlayıb

Tarix: 29 Iyul 2022 23:34

Ukrayna Baş Prokurorluğu Donetsk vilayətinin Olenivka kəndində ukraynalı məhbuslara hücumla bağlı araşdırmalara başlayıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Baş Prokurorluğun teleqram kanalında yazılıb.

Bildirilir ki, ukraynalı əsirlərin öldürülməsi ilə bağlı insident müharibə qanunlarının və adətlərinin pozulması kimi qiymətləndirilir.

"İstintaqın məlumatına görə, Rusiya 2022-ci il iyulun 29-da müvəqqəti zəbt altında olan Donetsk vilayətinin Volnovaxski rayonunun Yelenovka kəndindəki 120 saylı islah koloniyasının ərazisinə zərbələr endirib. Nəticədə 50 nəfər həlak olub, 130 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, bu koloniyada mülki şəxslər və Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirləri saxlanılıb.


Etiketlər:  Ukrayna Olenivkada əsirlərə hücumla bağlı araşdırmaya başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ