Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda sel və daşqınlarda 53 nəfər ölüb, 16 nəfər itkin düşüb

İranda sel və daşqınlarda 53 nəfər ölüb, 16 nəfər itkin düşüb

Tarix: 29 Iyul 2022 23:40

Son 7 gündə İran baş verən sel və daşqınlarda indiyədək 53 nəfər ölüb, 16 nəfər itkin düşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İranın Qızıl Aypara Təşkilatı məlumat verib.

Məlumatda qeyd olunur ki, ölkənin 21 əyaləti daşqınlardan zərər çəkib.

Üç min nəfər müvəqqəti yaşayış yeri ilə təmin edilib, 1 300-dən çox sakin xilas edilib. Son bir həftə ərzində ölkə üzrə 687 Qızıl Aypara qrupu tərəfindən ümumilikdə 17 000 nəfərə yardım göstərilib.


Etiketlər:  İranda daşqınlarda nəfər ölüb nəfər itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ