Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerika şəhərinin erməni merindən həyasız demarş - Kasakyanın “qazını” necə çıxarmalı?

Amerika şəhərinin erməni merindən həyasız demarş - Kasakyanın “qazını” necə çıxarmalı?

Tarix: 30 Iyul 2022 11:22

"Artsax şəhəri Martuni (Xocavənd - red.) ilə Amerikanın Qlendeyl şəhəri qardaşlaşacaq".

Sonxeber.net yeni müsavat-a istinadla bildirir ki, bu barədə ABŞ-ın ermənilərin çoxluq təşkil etdiyi Qlendeyl şəhərinin meri, erməni Artaşes Kasakyan bildirib.

"Qlendeyl şəhərinin meri kimi mən Qlendeyllə "Artsax Respublikası"nın Martuni (Xocavənd - red.) şəhəri arasında simvolik əlaqə yaratmağa qərar verdim. Aprel ayında mer vəzifəsinin icrasına başlayanda mənə "Martuni meri"ndən məktub gəldi. Orada iki şəhər üçün qardaşlaşmış şəhərlər statusunun təsdiq edilməsi təklif olunurdu. Mən təklifi şəhər şurasının iclasına verdim və ümid edirəm ki, oktyabradək təsdiqlənəcək".

Kasakyan əlavə edib ki, qardaşlaşmış şəhər statusunun təsdiqindən sonra əməli addımlar atılacaq, xüsusən də iki şəhərin təhsil mərkəzləri arasında əlaqələr inkişaf edəcək.

Bəs, Azərbaycan ərazisində, Qarabağda yuridik mövcud olmayan bir şəhərlə ABŞ şəhəri necə "qardaşlaşa" bilər? Belə bir qərarın qəbuluna Birləşmiş Ştatlar qanunvericiliyi izn verirmi? Qəbul edilərsə, onun ləğvi üçün Azərbaycanın əlində kifayət qədər rıçaqı varmı?

Yeri gəlmişkən, erməni separatçılar oxşar "praktikadan" Fransada da istifadə etmişdilər. Lakin səfirliyimizin fəaliyyəti nəticəsində bənzər qərarların, demək olar, hamısı ləğv edildi. ABŞ-da necə? Ön tədbirlərimiz nə olmalıdır? Axı söhbət qanunsuz separatçı rejimin müstəqil subyekt kimi dünyada  təbliğindən, presedent yaratmaqdan gedir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun "Yeni Müsavat"a bildirdiyinə görə, ilk dəfə belə hadisə baş vermir, axırıncı da olmayacaq. "Ermənilər siyasi təxribatları davam etdirir. Sadəcə, bu qərarın siyasi və hüquqi nəticələri yoxdur. Ermənilər belə məsələlərdən təbliğat üçün istifadə edir. Onlar bu minvalla diqqəti cəlb etmək məqsədi güdürlər. Əgər sakit şəkildə etirazımızı Amerikaya bildirsək, daha yaxşı olar. Ancaq uzun-uzadı müzakirəsi ilə piarını aparmış olarıq. Bu, bizə lazım deyil", - deyə T.Zülfüqarov qeyd etdi.

Analitikin fikrincə, ən yaxşısı belə mənasız oyunlara ictimaiyyətin çox əhəmiyyət verməməsidir: "Yalnız diplomatik addımlar ata bilərik. Necə ki, Fransada səfirliyimiz sakit şəkildə bu işləri apardı, hüquqi mexanizmdən istifadə edərək qərarın qüvvədən düşməsinə nail olub, amma çox təbliğ də edilmir. Bu məsələni də belə yoluna qoymalıyıq".

Siyasi təhlilçi Ramiyə Məmmədova Azərbaycanın ABŞ-ın müvafiq orqanlarına bu haqda məktub göndərməli olduğunu düşünür: "Ermənilərin şakəridir, onlar həmişə saxtakarlıqla məşğul olublar. Xocavəndin 60 faizi bizim nəzarətimizdədir, Hadrut azad olunub, yalnız Xocavəndin mərkəzi erməni-rus birləşmələrindədir. O halda hansı qardaşlaşmadan söhbət gedə bilər? Yəni həm hüquqi, həm hərbi nəzarət cəhətdən üstünlük bizdədir. Sadəcə, Amerikada olan ermənilər "artsax"ın təbliğini aparmaq üçün bu üsullara əl atırlar. Xarici İşlər Nazirliyimiz ABŞ Dövlət Departamentini məlumatlandırmalıdır. Digər tərəfdən, simvolik bir addımdır, yəni hüquqi statusu yoxdur.

Ona görə erməni hiylələrinə vaxt itirməkdənsə, biz Xocavəndin tamamilə nəzarətimizə keçməsinin, orada tam suverenliyin bərpasının üzərində çalışmalıyıq. Faktiki olaraq, Qarabağın dağlıq hissəsində baş verənlərə müdaxilə edə bilmirik. Erməni separatizmini isə hərbi və siyasi baxımdan himayə edən Rusiyadır. Əfsuslar olsun ki, "dxr", "lnr" separatçılarına münasibətdə Qərb Ukraynanı dəstəkləyir, "artsax"a gəldikdə isə ABŞ, Fransa ədalətsizliyə yol verir".

Siyasi ekspertin fikrincə, bundan sonra da təxribat xarakterli addımlara şahid ola bilərik: "Abxaziya, Cənubi Osetiyada da bu cür provokativ hərəkətlərə yol verilib. Oxşar mənzərə bizdə yaşanır. Rus hərbçilərindən qalxan kimi istifadə edən erməni terrorçuları Xocavəndi guya Amerika şəhəri ilə qardaşlaşdırır. Buna cavabımız sırf diplomatik müstəvidə olmalıdır, amma ümumi olaraq "artsax"ın başının bir "Bayraktar"ı əksikdir".


Etiketlər:  Amerika şəhərinin erməni merindən həyasız demarş Kasakyanın qazını necə çıxarmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ