Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə şlanqlardan istifadə qadağan edildi

Bu ölkədə şlanqlardan istifadə qadağan edildi

Tarix: 30 Iyul 2022 13:56

Böyük Britaniyanın Hempşir və Ayl-of-Uayt qraflıqlarında suvarma üçün şlanqlardan istifadəyə müvəqqəti qadağa tətbiq edilib. Buna səbəb anomal istilərin yaratdığı quraqlığa görə suya qənaət etməkdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar "Southern Water" kommunal şirkətinin press-relizində elan edilib.

Bağları sulamaq və ya avtomobilləri yumaq üçün su şlanqlarından istifadə müvəqqəti olaraq qadağan ediləcək. "Bəzək gölməçələri və hovuzlar da doldurulmamalıdır", - deyə sənəddə ayrıca qeyd edilir.

Böyük Britaniyada keçən həftə temperatur rekord həddi ötüb. Belə ki, çərşənbə axşamı havanın temperaturu 38,7 dərəcə rekordunu qıraraq 40,3 dərəcəyə çatıb.

Milli.Az


Etiketlər:  ölkədə şlanqlardan istifadə qadağan edildi


RƏYLƏR