Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 20:34
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) daha bir uğurlu əməliyyat keçirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, 4 ildir axtarışda olan terrorçu Nüsrət Tebiş əməliyyat nəticəsində öldürülüb.
Terrorçu 2008-ci ildə Güngörəndəki terror hücumunda 10 dəqiqə ara ilə iki bomba partladıb, nəticədə 5-i uşaq, 1-i hamilə olmaqla 18 Türkiyə vətəndaşı həyatını itirib.
MİT 2008-ci ildə Güngörəndə PKK-nın bombalı hücumunu həyata keçirənlərdən biri olan Nüsrət Tebişin 2008-ci ildə İraqın şimalına qaçdığını müəyyən edib. Ötən ay onun Suriyaya keçdiyi müəyyən edilib.
Terrorçunun Türkiyə sərhədinin 60 kilometrliyində Haseke şəhərində bir evdə gizləndiyini müəyyən edib. Planlaşdırılan əməliyyat çərçivəsində terrorçu zərərsizləşdirilib.