Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 13:18
Ukrayna prezidenti Vladimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ukraynalı lider videomüraciət ünvanlayıb.
"Qazprom" Latviyaya qaz təchizatını dayandırdığını bildirib
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb
Ərdoğan: "İdarəetmə sistemini dəyişdirərək, çevrilişlərə yol açan zəifliklərimizdən xilas olduq"
Zelnski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayaır.
"Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın",- deyə Zelenski bildirib.
Ukrayna lideri bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini də vurğulayıb.
Digər tərəfdən, yerli KİV-in məlumatına görə, baş nazirin müavini İrina Vereşçuk bildirib ki, bölgənin təbii qaz ehtiyatları məhv edilib.
Buna görə də təxliyə qış başlayana qədər aparılmalıdır.