Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə koronavirusun kökü kəsildi

Bu ölkədə koronavirusun kökü kəsildi

Tarix: 1 Avqust 2022 09:54

Şimali Koreyada (KXDR) artıq 3 gündür qızdırma aşkar edilmir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Ölkədə apreldən bəri 4,77 milyon nəfər qızdırmaya yoluxub onlardan 99,99%-i sağalıb, cəmi 144 nəfərin müalicəsi davam edir. Qızdırmadan ölənlərin sayı 74 nəfər, ümumi ölüm səviyyəsi 0,002%-dir.

Agentlik bildirir ki, infeksiya ilə mübarizə davam edir.

Qeyd edək ki, rəsmi mənbələr koronavirus xəstəliyinin sərhəddə xidmət keçən əsgərin yad cisimlə təması nəticəsində ölkəyə gəldiyini iddia edirlər. KXDR-də Covid-19 xəstəliyini "spesifik qızdırma" termini ilə ifadə olunur. 

Milli.Az


Etiketlər:  Bu ölkədə koronavirusun kökü kəsildi


RƏYLƏR