Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 14:42
Altı rəqəmi düzgün təxmin edərək "Mega Millions" lotereyasında 1,28 milyard dollar qazanan ABŞ-ın İllinoys sakini məbləğin yalnız üçdə birini alacaq.
Sonxeber.net bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Adını açıqlamamaq istəyən qalib uduşun bütün məbləğini yalnız 29 il müddətinə illik taksitlərlə razılaşdığı təqdirdə ala bilərdi.
Lotereyanın qaydalarına əsasən, uduşların yalnız bir hissəsi nağd və dərhal verilir, bu halda - 780,5 milyon dollar. Bu məbləğ də vergiyə cəlb edilir, ona görə də qalibə son ödəniş 433,7 mln. dollar olacaq.
İrfan Vəliyev