Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 03:22
Çində uşağa oxşayan 27 yaşlı gənc xarici görünüşünə görə iş tapa bilmədiyi üçün sosial şəbəkədə şikayət edib.
Sonxeber.net bildirir ki, bu barədə Times Now xəbər verib.
Guangdong əyalətindən olan Mao Şeng, işəgötürənlərin onu böyüklər kimi qəbul etmədiyini söylədiyi bir video yayımlayıb. Onun sözlərinə görə, əvvəlcə dostu ilə iş axtarıb. Dostu demək olar ki, dərhal işə düzələ bilib, amma Şenq iş tapa bilməyib.
Videolarından birində göstərilən sənədlərə görə, o, 1995-ci ildə anadan olub. Buna baxmayaraq, bəzi işəgötürənlər sadəcə olaraq onun 27 yaşında olduğuna inanmır, digərləri qanunla bağlı problemlərdən qorxub: Çində uşaq əməyi qadağandır və Şenq çox gənc görünür.
Şenqin videoları tez bir zamanda o qədər çox baxış toplayıb ki, o, valideynlərinin qəzəbindən qorxub. Lakin sonda populyarlıq ona xeyir verib: tezliklə bir neçə işəgötürən onu işə götürmək istəyib və çinli təkliflərdən birini qəbul edib.
İrfan Vəliyev