Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 08:45
Ukrayna prezidenti Vladimir Zelenski Donbass və Xarkov vilayətində şiddətli döyüşlərin davam etdiyini bildirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı "Facebook" səhifəsində yayımladığı videomürəciətində bildirib.
"Son sutka ərzində döyüş meydanında vəziyyət ciddi şəkildə dəyişməyib. Donbassda, Xarkov vilayətində şiddətli döyüşlər davam edir. Cənub uğrunda mübarizə davam edir. Ukrayna artilleriyası və kəşfiyyatı artıq Rusiyanın atəş potensialını azaltmaq üçün çox iş görüb.", - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı Rusiyanın maddi-texniki bazasını məhv edən, onların sursatını məhv edən Ukrayna əsgərlərinə təşəkkür edib.
"Mən tərəfdaşlarımıza, Ukraynanı müasir və səmərəli artilleriya və raket sistemləri ilə təmin edən hər kəsə təşəkkür etmək istəyirəm. Demokratik dünyanın gücü bu həftələr Ukraynadakı döyüş meydanında yaxşı hiss olunur", - deyə Zelenski vurğulayıb.