Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 12:54
Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artdığını bildirib: "Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir".
Nazir əlavə edib ki, xəstəlik yaxın təmasla keçir, ona görə də pandemiya riski yoxdur.