Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilotun müəmmalı ölümü polisi çaşdırdı

Pilotun müəmmalı ölümü polisi çaşdırdı

Tarix: 3 Avqust 2022 05:22

ABŞ-da pilot yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb. Təyyarə yerə düşmədən pilot tullanıb.

Sonxeber.net bildirir ki, bu barədə "The New York Post" yazır.

Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində ikinci pilotla birlikdə Şimali Karolinadan olan 23 yaşlı Çarlz Hyu Kruks olub. Kişinin cəsədi qəza yerindən 30 mil (48 kilometr) aralıda tapılıb. Onun paraşütü yox idi - pilotun 1000 metr hündürlükdən yıxıldığı güman edilib. İkinci pilot yüngül xəsarətlərlə xilas olub.

Gəncin ölümü yerli polisi çaşdırıb. Ueyk Fövqəladə Hallar İdarəsində Əməliyyatlar Başçısı Darşan Patel, heç vaxt belə bir şey görmədiyini söyləyib və bunu müəmmalı şəraitdə baş verən "unikal" faciə adlandırıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, Kruksun təyyarədən kənarda necə qaldığı hələ də məlum deyil. Polis cinayət işinin başlanacağını istisna etməyib.

İrfan Vəliyev


Etiketlər:  Pilotun müəmmalı ölümü polisi çaşdırdı


RƏYLƏR