Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2022 08:12
İspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan "Leopard" seriyalı tankları Ukraynaya verməyəcək.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, u barədə İspaniyanın müdafiə naziri Marqarita Robles "El Mundo" qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.
"Uzun illər Saraqosada istifadə edilməyən "Leopard"ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər", - nazir deyib.
Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin artmasına səbəb ola biləcəyindən bu tankları Ukraynaya vermir.