Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 08:24
Əgər Rusiya həqiqətən də müharibə istəməsəydi, ehtiyatlarını Ukraynanın cənubuna çəkməzdi.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
"Rusiya həqiqətən müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyat çəkməzdi və Ukrayna ərazisində qətlə yetirilən günahsız insanların kütləvi məzarlarını yaratmazdı", - deyə dövlət başçısı vurğulayıb.
O vurğulayıb ki, Avropa dəyərlərinə malik olan güclü dövlətlərin keçmiş liderlərinin bu dəyərlərə qarşı mübarizə aparan Rusiyaya işləməsi sadəcə iyrəncdir.