Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 09:10
Honq-Konqdakı ənənəvi Qida Sərgisinə gələn ziyarətçilərə delikateslərdən dadmağa icazə verilməyəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təşkilatçı bunu koronavirus məhdudiyyətləri ilə izah edib.
"Biz başa düşürük ki, ziyarətçilər nümunələri sınamaq istəyirlər. Ümid edirik ki, pandemiyadan sonra təhlükəsiz və gigiyenik olmaqla bu təcrübəni bərpa edə bilərik", deyə sərgi təşkilatçılarının nümayəndəsi Sofiya Çonq bildirib.
Bununla belə, Honq Konq hökuməti "Food Expo" iştirakçılarına içki içməyə icazə verib.