Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkil çəkmək istəyərkən uçurumdan yıxıldı

Şəkil çəkmək istəyərkən uçurumdan yıxıldı

Tarix: 5 Avqust 2022 09:56

Hindistanın Tamil Nadu ştatında 28 yaşlı gənc gözəl mənzərələri çəkməyə çalışarkən sürüşərək şəlaləyə yıxılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisəni zərərçəkənin dostu videoya çəkib.

O, Kodaykanaldakı şəlalənin kənarında dayanıb və dostundan onunla şəkil çəkdirməsini xahiş edib. Lakin zərərçəkən qəfil büdrəyərək müvazinətini itirib və qayadan aşağı sürüşüb. Gənc qaydan yapışmağa çalışsa da, bir neçə saniyədən sonra suya düşüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər həmin şəxsin axtarışlarına başlayıb, lakin onun meyiti tapılmayıb.


Etiketlər:  Şəkil çəkmək istəyərkən uçurumdan yıxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ