Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ticarət mərkəzinin gözətçisi 13 yaşlı uşağı yandırdı

Ticarət mərkəzinin gözətçisi 13 yaşlı uşağı yandırdı

Tarix: 5 Avqust 2022 14:52

Rusiyada Nijni Novqorodda ticarət mərkəzinin gözətçisi 13 yaşlı uşağın üzərinə qaynar su töküb.

Sonxeber.net bildirir ki, bu barədə "Ni Mash" Telegram kanalına xəsarət alan uşaq məlumat verib.

Onun sözlərinə görə, oğlan və dostunun ticarət mərkəzində içki olan avtomatdan tez-tez istifadə etməsi gözətçinin xoşuna gəlməyib. Uşaqlar qaynar suyu süzmək üçün yaxınlaşdıqda, kişi əsəbiləşib və onlardan birinin əlindəki stəkanı alaraq içindəkini ayağına töküb. Oğlan getmək istəsə də, gözətçi başqa bir stəkan götürərək məktəblinin yaxasına qaynar su atıb.

Nəticədə uşaq I və II dərəcəli yanıq xəsarətləri alıb və hazırda evdə reabilitasiyadadır. Mühafizə şirkətinin rəhbəri uşağın anasına gözətçini işdən çıxardığını deyib və ona 4 min rubl (təxminən 66 dollar) məbləğində təzminat təklif edib. Qadının sözlərinə görə, o, polisə ərizə yazıb. Öz növbəsində gözətçi hesab edir ki, baş verənlərdə uşaqların özləri günahkardır və qaynar su onlara ciddi ziyan vurmamalı idi.

İrfan Vəliyev


Etiketlər:  Ticarət mərkəzinin gözətçisi yaşlı uşağı yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ