Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Tarix: 5 Avqust 2022 21:16

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Milli.Az-a verilən xəbərə görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Milli.Az


Etiketlər:  Hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ