Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Tarix: 5 Avqust 2022 22:57

Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ