Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 19:26
Türkiyə və Rusiya arasında ikitərəfli ticarətdə rubldan istifadə etmək barədə razılıq əldə olunub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
"Soçidə hörmətli Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadədə razılaşdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək".
Ərdoğan həmçinin bildirib ki, Türkiyə və Rusiya ikitərəfli ticarəti ildə 100 milyard dollara çatdırmaq planlarını təsdiqləyiblər.