Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 23:18
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbələrindəndir. Hər 4 nəfərdən biri ürək-damar xəstəliklərindən əziyyət çəkir.O cümlədən bu xəstəliklərdən 18 milyon insan həyatını itirir. Ölkəmizdə də ciddi bir problem olan ürək-damar xəstəliyi.50 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur. Piylənmə, hərkətsizlik, siqaret və içki alüdəçiliyi ürək-damar xəstəliyi riskini artırır. Bu xəstəliyi yaradan ilkin amil məhz qidalanmadır. Bəs necə qidalanmalıyıq? Hansı qidaları süfrəmizdən əksik etməməliyik.
Sonxeber.net medicina.az-a istinadən ürək çatışmazlığından qoruyan qidaları təqdim edir.
Tez-tez kilo alıb verməyin!
Güclü diyet menyusundan sonra bəzi insanlar bir neçə ay içində əvvəlki kilolarına qayıdır. Bu zaman ürək damar xəstlikləri riski olduqca yüksək olur. Bu zaman insanlarda ürək çatışmazlığı ehtimalı 66% daha yüksək olur.
Vacib qidalanma qaydası!
Sağlamlığınıza zərər vurmayan yağlardan istifadə edin. Qidalanmanızda yağ qəbuluna xüsusi ilə diqqət edin. Hazır qidalar adətən təhlükəli yağ turşusu ehtiva edir. Daha çox zeytun yağı kimi ketfiyyətli yağlardan istifadə edin. Heyvan mənşəli yağlar yəni quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.
Bu qidaları süfrənizdən əksik etməyin
Somon balığı: Müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza müsbət təsir edir. Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.
Qoz, fındıq, fıstıq: Tərkinlərində olan turşular ürəyi mühavizə edir. Hipertoniyadan əziyyət çəkənlər isə duzsuz olanlardan yeməlidir.
Yulaf: Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır.
Quru paxlalılar: Lifli qidalar və B vitamin qrupu baxımından zəngin olan quru lobya,noxud,mərci və s. Qidalar ürəyi bir çox xəstəliklərdən qoruyur. Paxlalılar ümumilikdə qanda şəkəri balansda saxlayır
Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq,brokoli kimi tərəvəzlər.Kalium,fol turşusu,kalsium, və c vitmini baxımından zəngindir. Tərəvəzlər ümumilikdə ürəyin dostudur.
Sitrus meyvələri: Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin A provitamini olmasına görə fərqlənir. Sitrus meyvələrində olan vitaminlər ürək xəstəliklərindən qoruyur,qanda olan laxtalnmanın qarşısını alır
Pamidor: Pomidor ürək xəstəlilkərindən qoruyan ən yaxşı üsullardan hesab olunur. Güclü antioksidləşdirici xüsusiyyəti var. Likopen adlanan antioksidləşdirici maddə olan likopen sayəsində yağlanmanın qabağını alır.
Avokado: Saç və üz dərisi üçün çox faydalı olan avokadonun maskaları da effektli olur. Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infarkt riskinin azalması deməkdir.
Qəhvə: Gündə 2 fincan qəhvə içmək ürək-damar xəstəliklərinin, o cümlədən ürək tutması risklərinin qabağını alır. Lakin qəhvənin şəkərsiz və qaymaqsız olmağına diqqət etməlisiniz.