Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə terror aktı hazırlayan PKK üzvü tutuldu

Türkiyədə terror aktı hazırlayan PKK üzvü tutuldu

Tarix: 7 Avqust 2022 10:54

Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb
Suriyada "Fərat qalxanı" əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

Belə ki, Cerablusda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 10 kq partlayıcı ilə doldurulmuş bomba ələ keçirilib.

"Cerablusda terror aktı hazırlayan PKK/PYD terror təşkilatının üzvü "Fərat qalxanı" əməliyyatı bölgəsində ələ keçirilib", - nazir yazıb.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, təhlükəsizlik və kəşfiyyat qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti sayəsində 10 kq partlayıcı ilə doldurulmuş bombadan istifadə etməklə terror aktının qarşısını almaq mümkün olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə terror aktı hazırlayan üzvü tutuldu


RƏYLƏR