Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin karantin müddəti bitib

Baydenin karantin müddəti bitib

Tarix: 7 Avqust 2022 23:36

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin karantin müddəti bitib.

Milli.Az APA-ya istinadən bildirir ki, həkimi Kevin O'Connorun verdiyi məlumata görə, Baydenin son testi mənfi çıxıb.

Həkiminin açıqlamasından sonra Delaverdəki bağ evinə köçmək üçün Ağ Evdən ayrılan Bayden mətbuat nümayəndələrinə özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 22-də koronavirusa yoluxmuşdu.

Milli.Az


Etiketlər:  Baydenin karantin müddəti bitib


RƏYLƏR