Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 08:16
Birgə Koordinasiya Mərkəzi avqustun 8-də iki ərzaqla yüklü gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
"Birgə Koordinasiya Mərkəzi ümumi çəkisi 59 469 ton ərzağı daşımaq üçün iki gəmiyə humanitar dəhlizə daxil olmağa icazə verib", - deyə məlumatda qeyd olunub.
BMT-nin məlumatına görə, Yujnı limanından yola çıxacaq "MV Sacura" gəmisi İtaliyaya 11 min ton soya, Çornomorskdan isə "MV Arizona" gəmisi 48 min 459 ton qarğıdalı ilə Türkiyəyə yola düşəcək.