Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bələdiyyə binasında yanğın olub

Bakıda bələdiyyə binasında yanğın olub

Tarix: 8 Avqust 2022 09:10

Bakıda bələdiyyə binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.

Binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Bakıda bələdiyyə binasında yanğın olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ