Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - Erməni avtomobilləri yoxlanılır

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - Erməni avtomobilləri yoxlanılır

Tarix: 8 Avqust 2022 19:08

Rus sülhməramlıları Ermənistanın Zəngəzur (Sünik) rayonunda Meğri-Aqarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bununla bağlı çəkilən foto Yerevan.today portalında yerləşdirilib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sülhməramlılar yola nəzarət edir, bütün avtomobilləri saxlayır, vətəndaşları yoxlayır, yalnız bundan sonra onları buraxırlar.

"Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən heç bir izahat verməyib.

Bu, artıq Zəngəzur bölgəsində üçüncü maneədir. Əvvəlki postlar Qafan-Çakaten və Gorus-Qafan yollarında quraşdırılıb. Fərq ondadır ki, əvvəlki iki yola azərbaycanlılar nəzarət edir.

İş bununla bitmir.

Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol "anklavların geri qaytarılması" proqramı çərçivəsində azərbaycanlılara veriləcək", - deyə portal yazır.

Xatırladaq ki, söhbət Qazax rayonunun işğalda olan 7 kəndindən gedir.

Milli.Az


Etiketlər:  Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı Erməni avtomobilləri yoxlanılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ