Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 21:06
"Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır. Bir əsr öncə azərbaycanlı qardaşlarımız əllərində nə var, hamısını Qurtuluş savaşında türk qardaşlarına göndərmişdilər".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, 2020-ci ildə isə Türk xalqı Azərbaycana dəstək oldu:
"Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artdı".
O əlavə edib ki, Ermənistanla normallaşma prosesi tam olaraq Azərbaycanla koordinasiya şəklində davam edir. Nazirin sözlərinə görə, normallaşma prosesi sadəcə sözlərdə deyil, həm də əməldə inkişaf etməlidir.