Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bred Pittin gizli siyahısı üzə çıxdı

Bred Pittin gizli siyahısı üzə çıxdı

Tarix: 9 Avqust 2022 14:05

Britaniyalı aktyor və "Qızıl Qlobus" mükafatı laureatı Aaron Teylor-Conson həmkarı Bred Pittin gizli siyahısından danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Pitt eyni filmdə çəkilmək istəmədiyi sənətçilərin adını bu siyahıya daxil edib.

Pittlə birlikdə yeni "Güllədən daha sürətli" filmində rol alan Teylor-Conson etiraf edib ki, aktyorlar müxtəlif sənətçiləri qiymətləndirən qeydlər aparırlar.

"Bir çox aktyorla işləyəndə bir müddət sonra "Mən bir daha bu adamla heç vaxt işləməyəcəyəm" üslubunda özünüz üçün qeydlər aparmağa başlayırsınız. Pittin də oxşar siyahısı var: Yaxşı və pis aktyorların siyahısı", - deyə o, bildirib.

"Qızıl Qlobus"un qalibi Pittin özünü sevdiyi insanlarla əhatə etməyə meylli olduğunu qeyd edib.


Etiketlər:  Bred Pittin gizli siyahısı üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ