Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ürək-damar sağlamlığını necə qorumalıyıq? - Hər birimizin edə biləcəyi 5 TÖVSİYƏ

Ürək-damar sağlamlığını necə qorumalıyıq? - Hər birimizin edə biləcəyi 5 TÖVSİYƏ

Tarix: 9 Avqust 2022 21:33

Cəmiyyətimizdə ölümün ən başlıca səbəbi ürək-damar xəstəlikləri və onların nəticələridir.

Yüksək qan təzyiqi, diabet, yüksək xolesterin, artıq çəki və siqaret ən təhlükəli risk faktorlarıdır. Sağlam qidalanma ilə həm bu risk faktorlarının, həm də aterosklerozun qarşısını almaq olar.

Sfera.az ürək-damar sağlamlığını qorumaq üçün 5 tövsiyəni təqdim edir:

Ürək sağlamlığı nədir?

Bədənimizin qan nasosu olan ürəyimiz sıx bir damar şəbəkəsinə malikdir. Əgər bu damarlarda qanın axmasına mane olan problem varsa, bu, ürəyin sağlamlığının pozulduğunu bildirir. Yalnız ürək damarlarına deyil, beyin, böyrək və digər ətraf orqanların damarlarına da təsir göstərir.

Yağlar bədənimizin əsas təməli hesab olunur. Lakin qanda dolaşan xolesterol və yağın miqdarı artarsa, damarlarda toplana bilər. Həddindən artıq xolesterol damar divarında toplanır və nəticədə damarı bağlayır. Tıxanmış damar hansı orqanı qidalandırırsa, həmin orqanda funksiya itkisi olur.

Yaxşı və pis xolesterol nədir?

Qanda bir neçə növ xolesterol ölçülür.

Pis xolesterin (LDL) qan damarlarının divarlarında toplanan xolesterindir. Ürək xəstəliyi riskini artırır.

Xoşxassəli xolesterin (HDL) xolesterolu toxumalardan, qandan və damar divarlarından xaric olunmaq üçün qaraciyərə aparır. Bu da ürək xəstəliyi riskini azaldır.

Aterosklerozun qarşısını almaq üçün LDL-ni necə azaltmaq olar? HDL-ni necə yüksəltmək olar?

Qanda HDL səviyyəsini artırmağın ən asan yolu fiziki məşqlər etməkdir. Bundan əlavə, siqareti atmaq, diabetik şəkərə nəzarət etmək, arıqlamaq, yüksək lifli qidalar qəbul etmək və az yağlı qidalar qəbul etmək əsas şərtlərdəndir. Belə bir pəhriz vərdişi iyaratsanız LDL xolesterol səviyyəsi də azalacaq.

Damar sağlamlığınızı qorumaq üçün bunları edin:

1. Yağ qəbulunu azaldın, doymamış monoyağlara üstünlük verin, tərkibində yüksək xolesterol olan qidalardan qaçın

Balans sözündən də başa düşüldüyü kimi pəhriz aclıq demək deyil, sağlam olmaq üçün yağlı qidaları pəhrizdən tamamilə çıxarmaq sağlam deyil. Bədənin əsas təməli olan yağlar qida rasionunda mütləq olmalıdır. Məsələn, zeytun yağı və günəbaxan yağı kimi bitki yağlarının istifadəsi zərərsizdir. Marqarin kimi qatı doymuş yağları pəhrizinizdən çıxarmaq son dərəcə vacibdir.

Xolesterol heyvan mənşəli qidalarda (süd, ət, toyuq, balıq, pendir və s.) olur. Qan xolesterinini azaltmaq üçün onları az miqdarda istehlak etmək lazımdır.

2. Lifli qidalar və meyvə qəbulunu artırın

Liflə zəngin qidalar tərkibində yulaf, buğda kəpəyi, tərəvəz və meyvələr olan məhsullardır. Zəngin antioksidan xüsusiyyətlərə malik meyvələrin istehlakı ürək sağlamlığı üçün son dərəcə faydalıdır.

3. İdeal çəkinizə çatın, mütəmadi olaraq idman edin

Hər gün və ya həftədə ən azı 5 gün 30-45 dəqiqə fiziki fəaliyyətlə məşğul olun. Bu şəkildə qanda xolesterin azaldıqca özünüzü daha fit hiss edəcəksiniz. Bundan əlavə, qan təzyiqinə nəzarət daha asan olacaq və arıqlayacaqsınız.

4. Siqaret çəkirsinizsə, atın

Siqaret qan təzyiqini yüksəldir, qanın laxtalanmasını asanlaşdırır, xolesterolu artırır və xərçəng riskini artırır.

5. Qan təzyiqinizi nəzarət altında saxlayın

İdeal qan təzyiqini qorumaq üçün duzsuz qidalar qəbul edin edin və dərmanlarınızı müntəzəm olaraq istifadə edin.

Milli.Az


Etiketlər:  Ürək damar sağlamlığını necə qorumalıyıq Hər birimizin edə biləcəyi 5 TÖVSİYƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ