Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 21:40
İspaniyada öküz bayramı zamanı iki nəfər ölüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, La Seka bələdiyyəsində festivalın sonuncu günü avqustun 9-na keçən gecə baş tutub. Öküz iştirakçılardan birinə hücum edərək, onun boynuna buynuzları ilə zərbə endirib. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Mərhumun ölkənin şimal bölgəsindən əyləncə tədbirlərinə qatılmaq və dincəlmək üçün gəldiyi məlum olub.
Bundan başqa, daha bir nəfər infarkt nəticəsində dünyasını dəyişib. Şənliklər başlamazdan əvvəl səhhəti kəskin şəkildə pisləşdi, o da başqa şəhərdən La Sekaya gəlib.
Hadisələrdən sonra şəhərin meri Qreqorio Bayon faciəvi hadisələrə görə festivalın vaxtından əvvəl başa çatacağını açıqlayıb. Yerli sakinlər bu qərarı alqışlarla dəstəkləyiblər.