Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın intihara cəhd etdiyi üçün cərimələnib

Qadın intihara cəhd etdiyi üçün cərimələnib

Tarix: 10 Avqust 2022 07:42

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan 30 yaşlı asiyalı qadın intihara cəhd etdiyi üçün Dubay məhkəməsi tərəfindən cərimələnib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Gulf Today" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, qadın 2021-ci ilin iyulunda intihara cəhd edib. Bunu hüquq-mühafizə orqanlarına onunla birlikdə yaşayan rəfiqəsi deyib. Şikayətçinin sözlərinə görə, qız sevgilisi ilə xoşagəlməz söhbət etdikdən sonra intihara cəhd edib.

Nəticədə Dubay Kiçik Cinayətlər Məhkəməsi qızı təqsirli bilərək 1000 dirhəm cərimə ödəməsi ilə bağlı qərar qəbul edib.

Milli.Az


Etiketlər:  Qadın intihara cəhd etdiyi üçün cərimələnib


RƏYLƏR