Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 09:52
Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, "Photoshop"dan istifadə etdiyi ehtimal edilib.
Sonxeber.net xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun "Photoshop" olmadığını deyib: "Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım".