Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 11:46
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkədəki Rusiya casusunu saxlayıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, həmin şəxs Qərbin Ukraynaya silah tədarükü ilə bağlı kəşfiyyat məlumatları ötürürmüş.
İstintaqın məlumatına görə, özünü hərbi ekspert kimi təqdim edən casus Kiyev sakinidir.
Onun Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə kəşfiyyat və təxribat fəaliyyətinə cəlb olunduğu müəyyən edilib.