Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 13:54
İrəvanın "Urartu" ticarət mərkəzində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti və imzası olan bel çantaları satışa çıxarılıb.
Sonxeber.net Qazet.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri məlumat yayıb.
Paytaxtdakı başqa bir mağazada İrəvan sakinləri Atatürkün "Ne mutlu türküm diyene", "Türk olmaq nə lütfdür" sözləri yazılmış məktəb çantaları görüblər. Ermənilərin bəzi istifadəçiləri erməni mağazalarının piştaxtalarında türk məhsullarının, xüsusən də türk rəmzlərinin olmasından hiddətləniblər. Digərləri isə təəccüblənməməyi təklif edir, çünki Türkiyə istehsalı olan əşyalar Ermənistanda uzun müddətdir ki, satılır.
Sosial şəbəkə istifadəçilərdən biri hətta "hamı türkcə geyinir" demişdi və onun ilk futbol formasının arxa tərəfində "Ahmet Dursun" yazılmış "Beşiktaş" klubuna məxsus olduğunu qeyd etmişdi.