Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Timsah balıq tutan yeniyetmənin başını qoparıb

Timsah balıq tutan yeniyetmənin başını qoparıb

Tarix: 11 Avqust 2022 14:02

İndoneziyanın Ternate şəhərində timsah yeniyetməyə hücum edib, onun qollarını və başını dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 15 yaşlı Fərcan İdham adlı yeniyetmə Tolir gölündə balıq tutduğu zaman timsah ona hücum edib. Yırtıcı yeniyetməni dərhal suya sürükləyib.

Dostları onu xilas etməyə çalışsalar da, nəhəng yırtıcıdan qorxublar. Hadisədən sonra Tolir gölünə turistlərin ziyarəti qadağan olunub.

Yeniyetmənin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanıb. Nəticədə meyiti tapılıb. Onun başı bədənindən ayrılmış, qolları qopmuş vəziyyətdə olub.

Milli.Az


Etiketlər:  Timsah balıq tutan yeniyetmənin başını qoparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ