Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 16:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda sovet rejiminin qurulması bir çox sahələrdə olduğu kimi, muğam sənətində də geriləməyə səbəb olub.Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli deyib.
Akademik bolşevik ideologiyasının təsiri altında xanəndələrin xalq ədəbiyyatı ruhunda yazılmış və ritminə görə muğamlarla səsləşməyən heca vəznli qoşma və gəraylılardan muğam mətni kimi istifadə etməyə başladıqlarını deyib.
O əlavə edib ki, həmin dövrdə klassik ənənələrə sadiq qalaraq qəzəl yazan şairlər də var idi və nümunə olaraq Əliağa Vahidi göstərmək mümkündür.Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin