Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı - FOTOlar

Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı - FOTOlar

Tarix: 12 Avqust 2022 09:30

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb:

"Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək".

Milli.Az


Etiketlər:  Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ