Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salman Rüşdi hücuma məruz qalıb

Salman Rüşdi hücuma məruz qalıb

Tarix: 12 Avqust 2022 20:40

Məşhur yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub.

Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuşdur.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları var.

Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.


Etiketlər:  Salman Rüşdi hücuma məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ