Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 22:14
Monteneqronun Medovina kəndində bir nəfər yoldan keçənlərə atəş açıb.
Sonxeber.net REN TV-yə istinadla xəbər verir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib, yaralıların sayı açıqlanmayıb.
Bildirilib ki, atəş açan kişi təcili yardımı yaralılara kömək etməyə qoymayıb.
Hadisə yerinə gələn polis məmurlarından biri başından yaralanıb.
Cinayətkar Vuçko Boriloviç ölüb, lakin atəş açan şəxsin intihar edib, yoxsa polislə atışma zamanı öldüyü hələlik bəlli deyil.
İlkin məlumata görə, 34 yaşlı yerli sakin ailə münaqişəsindən sonra küçəyə çıxıb və yoldan keçənlərə fərq qoymadan atəş açıb.
Polis hadisə yerində araşdırma aparır. (publika.az)