Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan bizə quyu qazır. Budur müttəfiq? - Baqdasarov

İrəvan bizə quyu qazır. Budur müttəfiq? - Baqdasarov

Tarix: 13 Avqust 2022 08:24

Rusiyanın Ermənistanda hərbi bazasının olması artıq Moskvanın bu ölkə üzərindəki dominantlığından xəbər vermir. Bu dövlət hazırda Rusiyaya quyu qazır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri "Rossiya 1" kanalının efirində yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin efiri zamanı illərdir ermənilərin maraqlarını qoruyan, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarov bildirib.

"Bu günlərdə İrəvanda sorosçuların böyük tədbiri keçirilib. Orada sizcə, nə müzakirə edilirdi? İnanmayacaqsız, amma onlar rus kəşfiyatının Ermənistana daxil olmasını hansı yollarla əngəlləməyi müzakirə ediblər. Böyük bir konfrans, bizim guya müttəfiq ölkədə. KTMT ölkəsində... Özü də tədbir ABŞ-ın kurasiyası altında keçib. Bu, bir biabırçılıqdır. Bizim hakimiyyətdə oturanlar hara baxır? Rusiya XİN-i nədən bu ölkəyə sərt nota göndərmir?" - Baqdasarov bildirib.

Milli.Az


Etiketlər:  İrəvan bizə quyu qazır Budur müttəfiq Baqdasarov


RƏYLƏR