Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 14:08
Rusiyanın Sankt-Peterburq şəhərində hokkey məktəbinin 14 yaşlı şagirdi məşq zamanı aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Belə ki, şayba yeniyetmənin sinəsinə dəyib, bundan sonra onun nəfəsi dayanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin mətbuat xidmətindən məlumat verilib.
"Komanda həkimi dərhal hokkeyçiyə kömək edib və təcili yardım çağırıb. Bütün reanimasiya tədbirlərini həyata keçirəndən sonra ürəyi işə salmaq mümkün olub. Uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas edə bilməyiblər", - deyə məktəbin saytında bildirilir.