Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diz ağrılarımız bizə nə deyir?

Diz ağrılarımız bizə nə deyir?

Tarix: 14 Avqust 2022 01:03

Diz ağrılarından şikayət edənlərin sayı günü-gündən artmaqdadır. Dizlərdə ağrılar bir çox səbəblərdən baş verə bilər. Bəs ağrıların səbəbi nədir?
Adətən dizlərdə ağrı ən çox yaş həddi və travmalarla əlaqdar olur. Diz oynaqlarında olan degenerativ-distrofik xəstəliklər səbəli dizlər daha çox ağrayır. Ağrılar özünü ən çox pilləkən çıxan zaman, uzun müddət oturub ayağa durduqda göstərir .Bu cür ağrılara səbəb aptroz xəstəliyidir. Aptroz xəstəliyi zamanı dizlərdə ağrılarla yanaşı səs də olur. Aptroz əsasən yaşlı adamlarda, sümüklərin kövrəkləşməsi nəticəsində baş verir. Xəstəliyin əmələ gəlməsində irsi faktor da böyük rol oynayır. Dizlərdə ağrıların olmasının başqa səbələri də vardır.
Maddələr mübadiləsinin pozğunluğu zamanı da dizlərdə ağrılar olur. Bu zaman böyrəklər sidik turşusunu normal süzmək qabiliyyətinə malik olmur və nəticədə sidik turşusu qana keçir və podaqra xəstəliyi əmələ gəlir ki, bu zaman dizlərdə ağrı hissi olur.
Sümük toxumasında kalsiumun miqdarının az olması ilə əlaqədar orqanizmdə kalsium çatmazlığı baş verir ki, bu zaman dizlərdə ağrılar müşayiət olunur.
İnfeksiya səbəbli diz ağrıları oynaqlarda iltihabi proseslər baş verdiyi zaman olur.  Artritlər, sidik-cinsiyyət orqanlarında infeksion xəstəliklər zamanı, kəskin bağırsaq infeksiyalarında dizlərdə ağrılar müşayiət olunur.
Həddindən artıq fiziki yüklənmə də dizlərdə ağrılara səbəb ola bilir. Bu oynaqlarda mübadilə pozğunluqları baş verdiyi zaman oynaqarası toxumaların atrafiyaya uğraması nəticəsində baş verir.
İmmuniteti aşağı olan adamlarda soyuq havalar zamanı dizlərdə ağrılar baş verə bilir.
Düzgün olmayan qidalanma və həyat tərzi də dizlərdə ağrılara səbəb ola bilir.
Revmatizm və revmatoid artrit xəstəlikləri dizlərdə sızıldayıcı ağrılara səbəb olan xəstəliklərdəndir. Bu xəstəliklər zamanı diz oynağı adətən soyuq havalarda sızıldayır.
Artıq çəki problemi dizlərdə ağrıya səbəb olur. Belə ki, bədənin çəkisi normadan çox yüksək olduqda dizlərə güc düşür.


Etiketlər:  ağrılarımız bizə deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ