Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunun üçün sizə 10 dəqiqə lazımdır

Bunun üçün sizə 10 dəqiqə lazımdır

Tarix: 14 Avqust 2022 14:30

Hər gün gözəllik mərkəzlərinə getmək üçün vaxt olmur. Amma hər gün evdə özünüzə qulluq etməyə 10 dəqiqə vaxt tapa bilərsiniz.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu məsləhətlərin hərəsini bir gündə edə bilərsiniz:

1. Qreypfrut, rozmarin, çobanyastığı və limon yağından 3 damcı töküb qarışdır. Bu qarışıqla sellülitli hissələrə çəkib, masaj et. Ardından isti vanna qəbul et. Prosesi 1 həftə davam etdir, 7 gün ara verdikdən sonra yenidən başla.

2. Gündə iki dəfə - səhər və axşam quru əllərlə bud və qarın hissəni ən azı 5 dəqiqə masaj et. Bundan sonra isti vanna mütləqdir. Axırda bədəninə krem çəkməyi də unutma.

3. Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb, üzə çəkmək super-effekt yaradacaq.

· Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini dəridəki ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək.
· Hər gün üzünüzə düyü yağı çəkin.
· Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd, töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.


Etiketlər:  Bunun üçün sizə dəqiqə lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ