Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 14:16
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.
Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman aparatının məsələ ilə məşğul olduğu bildirilib.