Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 19:08
Rusiyada məhkəmə oğlunu 4 ay zəncirdə saxlayan Nefteyuqansk sakinini həbs edib.
Sonxeber.net bildirir ki, bu barədə Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) prokurorluğunun saytında məlumat verilib.
"Təqsirləndirilən şəxsin məhkəməsi müstəntiqin vəsatəti, prokurorun dəstəyi ilə həbs qətimkan tədbiri seçib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Nefteyuqansk Rayon Məhkəməsinə göndərilib", - məlumatda deyilir.
Qadın şəxsi qanunsuz olaraq azadlıqdan məhrum etməkdə, işgəncə verməkdə və yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi vəzifələrini lazımınca yerinə yetirməməkdə ittiham olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşağın davranışından əsəbiləşən ana onun ayağını metal zəncirlə divara bağlayıb. Belə ki, o, bu ilin fevralından may ayına kimi fiziki ağrı və ruhi iztirablar içində dörd ay keçirib.
Rusiya İstintaq Komitəsinin regional idarəsi qadının öz günahını yalnız qismən etiraf etdiyini bildirib.
İrfan Vəliyev